Bakıda parkinqlər onlar üçün pulsuz olacaq
AzVision.az xəbər verir ki, bu barədə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, pulsuz parklanma yerlərindən istifadə sakinlərin işini xeyli asanlaşdıracaq.
"Əgər vətəndaşın yaşadığı evin yanında pullu parklanma yeri varsa, həmin şəxs avtomobilini orada pulsuz saxlaya biləcək. Onlara talon veriləcək ki, parklanma olan yerdə pulsuz olaraq avtomobillərini saxlaya bilsinlər. Məlum olduğu kimi icra hakimiyyəti tərəfindən bir neçə yerdə pullu parklanma quraşdırılıb. Kimin yaşadığı evin yanında pullu parklanma yeri varsa, bu, onlara aid olacaq. Talonları icra hakimiyyətləri verəcək. Talonun verilmə proseduru hələ müəyyənləşməyib. Bunu Nazirlər Kabineti təsdiq edəcək. Ondan sonra məlum olacaq ki, həmin talonları almaq üçün hansı sənədlər tələb olunacaq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Parklanma