Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
  11 Oktyabr 2017    Oxunub:1351
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

AzVision.az


Teqlər: Monitorinq  





Xəbər lenti