Cocuq Mərcanlıda tikinti işləri başa çatıb - FOTOLAR
Artıq bütün evlərdə, həmçinin uşaq bağçası və klub-icma mərkəzində işlər başa çatıb. İki ədəd 200 kubmetrlik su anbarı inşa edilib və 2 subartezian quyusu qazılıb. Yol-küçə şəbəkəsinə qum-çınqıl tökülüb. Hazırda tibb məntəqəsində malyar işləri aparılır, inzibati bina və poçt binasının fasadına üzlük vurulur. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanılacaq. Qəsəbədə, həmçinin 1,75 hektarda yaşıllıq salınacaq.
İşlər başa çatdıqdan sonra Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərün növbəti hissəsi qəsəbəyə köçürüləcək.(AzerTac)
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı