Yarmarkaya gətirilən 22 ton bal saxta imiş
Nazir müavini əlavə edib ki, ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır: “Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yarmarkaya çıxarılan məhsullara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilib: “Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. Söhbət təxminən 3400 nümunədən gedir. 509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir”.
Şəhanə Rəhimova
AzVision.az