“Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır” - Ramaldanov
Bunu AzVision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Müdafiə naziri Zakir Həsənovun Belarusa səfərini yüksək qiymətləndirən Ramaldanov bu ölkə ilə hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Ramaldanovun sözlərinə görə, Azərbaycanın silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Daha sonra həmin texnikanın Qarabağ döyüşlərində istifadəsi, Azərbaycanın müdafiəsini möhkəmləndirməsi, onun idarə edilməsində sadəlik və qiyməti əsas yer tutur: "Bu gün 20-dən çox ölkədən silah-sursat alırıq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ramaldanov