Polad Bülbüloğlu I turda UNESCO-nun rəhbəri seçilə bilmədi
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İcraiyyə Şurası birinci turda təşkilatın yeni baş direktorunu seçə bilməyib.
Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq. Qələbə qazanan namizəd UNESKO-nun baş direktoru vəzifəsinə bu təşkilatın baş konfransının 33-cü sessiyasında təsdiqlənəcək.
Qeyd edək ki, baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.
AzVision.az
Teqlər: UNESCO