Binəqədi şossesinin təmirinə başlanılır
Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.
Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” yolun əsaslı təmirinə başlayacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə tam müasir yol infrastrukturu yaradılacaq.
AzVision.az