Ərəbistanın Bakıdakı səfirliyi Yəmənlə bağlı bəyanat yaydı

Ərəbistanın Bakıdakı səfirliyi Yəmənlə bağlı bəyanat yaydı
  09 Oktyabr 2017    Oxunub:1374
Yəməndə qanuni hakimiyyəti bərpa edən Koalisiya BMT Baş katibinin 06/10/2017-ci il tarixində dərc olunan "Uşaqlar və silahlı münaqişələr" haqqındakı illik hesabatı ilə tanış olunub.
Hesabatda Koalisiya uşaqların qorunmasını gücləndirmək üçün tədbirlər görən və addımlar atan təşkilatlar və dövlətlər siyahısına salınaraq, onun bu sahədə BMT ilə əməkdaşlığı təqdir olunub.

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bəyanatda koalisiya, onun bu sahədə atdığı mühüm addımların BMT Baş katibi tərəfindən təqdir olunmasını, həmçinin Baş katibin uşaqların qorunmasını gücləndirmək üçün Koalisiya ilə BMT-nin əməkdaşlığının davam edəcəyi ümidini bildirməsini yüksək dəyərləndirir.


Teqlər: Bəyanat  





Xəbər lenti