Müdafiə naziri Qələbə meydanını ziyarət edib - FOTO

Müdafiə naziri Qələbə meydanını ziyarət edib - FOTO
  09 Oktyabr 2017    Oxunub:1224
General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri Qələbə abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti