Zümrüd Yağmur həbsdə olan həyat yoldaşından imtina edib? – FOTO
Hazırda həbsdə olan Fuad Qəhrəmanlını ən şiddətli müdafiə edən şəxsin onun ailə üzvü, həyat yoldaşı olması normal qarşılanardı. Biz belə halların şahidi olmuşuq: haqlı-haqsız olmasının fərqi yoxdur, xanımlar həbsdə olan ərlərini müdafiə edir və onların azadlığa buraxılması üçün təbliğat aparırlar. Zümrüd Yağmurun əlinə isə yaxşı imkan da düşmüşdü – mitinqin tribunası.
Amma o, mitinqdəki çıxışında 10 illik həbs cəzası alımış həyat yoldaşının heç adını da çəkməyib. Qiyas İbrahimli, İlkin Rüstəmzadə, Abbas Hüseyn kimi adları xatırlayıb, Taleh Bağırzadənin üzərində isə xüsusi dayanıb: “...Mən üzümü dindarlara tutub, demək istəyirəm: 5 dəfə Allahın hüzurunda dayanmaqla Taleh Bağırzadənin – o adamın ki, bu gün Qobustan həbsxanasında dörd divar arasında sizin azadlığınız, hicab azadlığı üçün zindandadır,- onun haqqını vermək üçün susacaqsınızmı?”
Fuad Qəhrəmanlı isə bir cümlə ilə də olsa, yada salınmayıb.
Maraqlıdır, niyə? Hansı səbəbdən Zümrüd Yağmur öz həyat yoldaşının adını çəkməyib, yaxasına taxdığı vərəqədə isə ərinin yox, Taleh Bağırzadənin şəkli olub? Yoxsa ərinin həbsini haqlı hesab edir?
AzVision.az
Teqlər: #Fuad-Qəhrəmanlı #Zümrüd-Yağmur #Mitinq #Milli-Şura #AXCP