“Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır” - Kamal Cəfərov

“Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır” - Kamal Cəfərov
  09 Oktyabr 2017    Oxunub:9507
"Kibercinayətkarlıq dünyada ən təhlükəli və bir o qədər də ciddi araşdırılmayan cinayətkarlıqlardandır"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov Bakıda kibercinayətkarlıq mövzusunda keçirlən regional konfransda deyib.
Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığını vurğulayan K.Cəfərov diqqətə çatdırıb ki, bu proses dörd mərhələdə həyata keçirilib.

"Bu mərhələlər çərçivəsində mühüm qanunvericilik bazası formalaşdırıldı, korrupsiyaya qarşı mübarizəyə dair müvafiq qurumlar yaradıldı, Dövlət proqramları və Fəaliyyət Proqramı təsdiq edilərək uğurla icra olundu"

Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu deyən K.Cəfərov bildirib ki, bu uğurlu mübarizənin nəticəsində hazırda əhalinin 70 faizi korrupsiyanı cəmiyyət üçün ciddi bəla hesab etmir.

K.Cəfərov bu sahədə Avropa İttifaqı ilə birgə reallaşdırılan layihələr çərçivəsində elektromonitorinqin aparılmasının, təlimlərin keçirilməsinin və digər tədbirlərin önəmini xüsusi vurğulayıb.

ELvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamal-Cəfərov  





Xəbər lenti