"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O, bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur: "Əvvəllər də qeyd etmişdim ki, bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda bank olmayan kredit təşkilatlarının, mənzil-tikinti sahəsinin vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".
Elvin Abdulqədirov
AzVision.az