Azərbaycan ABŞ-la birgə kütləvi qırğın silahlarına qarşı mübarizə aparır

Azərbaycan ABŞ-la birgə kütləvi qırğın silahlarına qarşı mübarizə aparır
  09 Oktyabr 2017    Oxunub:4029
"İxraca nəzarət və sərhəd təhülkəsizliyi (EXBS) proqramı Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlığa malikdir. Bizim ortaq məqsədimiz kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaqdır".
Bunu AzVision.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, EXBS Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir və 26,3 milyon ABŞ dolları məbləğində yardım edib: "Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətin qarşının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti