Marqvelaşvili GUAM xarici işlər nazirlərini qəbul edib
Marqvelaşvili deyib: “GUAM formatında elə qətiyyətli addımlar atılmalıdır ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənsin və beynəlxalq arenada söz sahibi olaq”.
Onun sözlərinə görə, GUAM çərçivəsində elə addımlar atılmalıdır ki, Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın qarşılaşdıqları problemləri uğurla həll etmək mümkün olsun.
Görüşdə regional təhlükəsizlik, sənaye sahəsində əməkdaşlıq və qarşılıqlı münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib. (AzərTAc)
AzVision.az