Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb

Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb
  08 Oktyabr 2017    Oxunub:2451
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi  





Xəbər lenti