Hərbi dənizçilərimiz İranda görüşlər keçiriblər - Fotolar

Hərbi dənizçilərimiz İranda görüşlər keçiriblər - Fotolar
  07 Oktyabr 2017    Oxunub:1296
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İrana səfər çərçivəsində müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hərbi dənizçilərimiz Ənzəli şəhərində şəhidlər memorial kompleksini ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadə ilə görüşüblər.

M.Momenizadə Azərbaycan dənizçilərini İranda görməkdən məmnunluğunu bildirib və ölkəmizə səfəri ilə bağlı xoş xatirələrindən söz açıb. O, həmçinin Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm roluna diqqəti cəlb edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov hərbi dənizçilərimizin ilk dəfə olaraq İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.









AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti