Növbəti SAT imtahanları keçirilib

Növbəti SAT imtahanları keçirilib
  07 Oktyabr 2017    Oxunub:1361
Dövlət İmtahan Mərkəzində (DİM) bu gün növbəti SAT imtahanları (SAT, SAT Subject and SAT with Essay ) keçirilib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanlar Mərkəzin inzibati binasında təşkil olunub. İmtahanlarda 37 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 26-a qədər elan olunması gözlənilir.

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti