10 gün əvvəl qəzaya düşən kişi ölüb

10 gün əvvəl qəzaya düşən kişi ölüb
  06 Oktyabr 2017    Oxunub:1274
İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 17.00 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi VAZ-21099 markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəsarət alan sürücü və sərnişini - atası Şəfayət Abdulkərimov xəstəxanaya yerləşdirilib. Ş. Abdulkərimov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: qəza   DİN  





Xəbər lenti