Bakı və Abşeronda sürüşmələr aktivləşib
Nazirlik rəsmisi bildirib ki, Bakı və Abşeron yarmadasının lokal sürüşmə sahələrində monitorinq aparılıb və ərazi təhlil edilib.
“Monitorinq zamanı ciddi hala rastlaşmamışıq. Yağışların təsirindən yeni sürüşmə sahələrinin yaranması hadisəsi olmayıb. Bunlar mütəmadi yağışlar deyil. Ola bilsin ki, fəsadlar sonra görünə bilər. Lakin sürüşmə sahələrində - Zığda, Suraxanı rayonu, Abşeron rayonun Nübar qəsəbəsində, Masazır qəsəbəsinin Zəligölü deyilən ərazilərində nisbi aktivlik nəzərə çarpır”.
Aytən Zəhra
AzVision.az