“Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – Çingiz Qənizadə

“Hacı Qalib üzr istəsə, onu bağışlayaram” – Çingiz Qənizadə
  05 Oktyabr 2017    Oxunub:3598
Sabah millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də Sabunçu Rayon Məhkəməsində baş tutacaq.
Deputat Çingiz Qənizadə sabahki məhkəmə ilə bağlı AzVision.az-a bildirib ki, Hacı Qalib haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar.

“Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Çingiz-Qənizadə   Hacı-Qalib  





Xəbər lenti