Lənkəranda 20-ə yaxın kənd su altında qalıb

Lənkəranda 20-ə yaxın kənd su altında qalıb
  05 Oktyabr 2017    Oxunub:1615
Son günlər yağan intensiv yağışların Lənkəran şəhərində törətdiyi fəsadların müəyyənləşdirilməsi ilə bağlı fövləqadə komissiya yaradılıb.
Bu barədə AzVision.az-a Lənkəran şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, çayların sululuq səviyyəsinin artması nəticəsində Lənkəranın 20-ə yaxın kəndi su altında qalıb, 2 ev tamamilə dağılıb. Lənkəran çayı sahilində yerləşən 50-ə yaxın ailə isə təxliyə olunub.

“4 avtomobil körpüsü, 6 piyada körpüsü qəzalı vəziyyətdədir. Əşlə, Poladı, Turadı kəndlərindəki körpülər qəzalı vəziyyətə düşüb. Dağ kəndlərində 7-8 yerdə sürüşmə olub. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”- İcra Hakimiyyətindən bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Lənkəran  





Xəbər lenti