Şagirdlərdən pul yığan müəllim və direktorlar işdən çıxarılacaq

Şagirdlərdən pul yığan müəllim və direktorlar işdən çıxarılacaq
  05 Oktyabr 2017    Oxunub:23907
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti