Şeyxin qudası məhkəmə qarşısına çıxarılacaq

Şeyxin qudası məhkəmə qarşısına çıxarılacaq
  05 Oktyabr 2017    Oxunub:2804
Millət vəkili Çingiz Qənizadə ilə eks-deputat Qalib Salahzadənin məhkəməsinin vaxtı məlum olub.
Deputatın vəkili Raqif Mustafayev AzVision.az-a bildirib ki, Ç.Qənizadənin şeyxin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış olduğu iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası 06.10.2017-ci il tarixdə saat 11:15-də Sabunçu Rayon Məhkəməsində keçiriləcək.

Məhkəmə hakim Ziya Şirinovun sədrliyi ilə keçiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Çingiz-Qənirzadə   Hacı-Qalib   Məhkəmə  





Xəbər lenti