İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunub” (FOTOLAR)
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğuladı.
Prezident İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirdi ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışdı. Azərbaycan Prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirdi.
Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış etdilər.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident