Bakıda yeni salınan yol çöküb

Bakıda yeni salınan yol çöküb
  04 Oktyabr 2017    Oxunub:2989
Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli AzVision.az-a bildirib ki, dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub:

"Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından, yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq".

Qurum rəsmisi qeyd edib ki, küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. A.Nəcəfli əlavə edib ki, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

AzVision.az


Teqlər: Azəravtoyol  





Xəbər lenti