Vasif Talıbov yeni qurum yaratdı

Vasif Talıbov yeni qurum yaratdı
  04 Oktyabr 2017    Oxunub:3894
Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən MR-nın Stomatoloji Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Stomatoloji Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Stomatoloji Mərkəzin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti