“Azərbaycanın qərarını üzüntü ilə qarşıladım” – Qarabağa gedən türkiyəli siyasətçi
Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bununla bağlı Ufuk Urasın fikirlərini öyrənmişik:
- Qarabağa səfərinizin məqsədi nə idi? Bu səfərlə nə əldə etdiniz?
- Dağlıq Qarabağın faktiki vəziyyəti qəbuledilməz olduğu üçün biz bu statusun necə dəyişilə biləcəyi haqda müşahidə aparmaq istəyirdik. Niyyətimiz bundan sonra Azərbaycana gəlmək idi.
- “Aqos” qəzetində səfərinizlə bağlı yazıda qeyd etmisiniz ki, “Xocalı qətliamı ətrafında danışmaq imkanımız oldu. Bəzi mövzularda razılaşa bilməyəcəyinizi qəbul etmək sivilizasiyanın bir əlamətidir”. Hansı məsələlərdə razılaşa bilmədiniz?
- Hamımızın ortaq acısı olan Xocalı qətliamını qınamışdıq. Məsələyə fərqli yanaşmaların olduğunu müəyyən etdik, lakin soyuqqanlı şəkildə mübahisə apara bildik.
- Erməni tərəfi 1992-ci ildə Xocalıda günahsız 613 azərbaycanlının qətlə yetirilməsi faktını qəbul edirmi?
- Xocalı soyqırımın baş verməsi ilə bağlı bəhanələr də vardı, qınayanlar. Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatların hesabatlarını da xatırlatdıq. Məsələni hüquqşünaslar araşdırır.
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, Azərbaycan dövlət sərhədini pozduğunuza görə sizə və sizinlə olan dostlarınıza qarşı cinayət işi açıldı. Necə düşünürsünüz, sizi də Lapşinin taleyi gözləyirmi?
- Azərbaycanın bu qərarını üzüntü ilə qarşıladım. Çünki ən son istəyəcəyim şeydir Azərbaycan xalqını incitmək. Bölgədə statusun dəyişməsi üçün dialoq və diplomatiyanın tərəfdarıyam.
Daha öncə jurnalist Nagehan Alcı ilə bağlı qərarın dəyişməsi kimi, möhtərəm Əliyev cənablarının bizimlə bağlı qərarı dondurması bizi çox sevindirərdi. Azərbaycana gələrək, müşahidə etdiklərimi paylaşmağı çox istəyərəm.
Məsələyə bir də belə baxın. Mən Şimalı Kiprə getdim deyə, Yunanıstan məni ölkəyə buraxmamışdı. Halbuki, mən Şimali Kiprin statusunun dəyisməsinin tərəfdarıyam. Ya da Qəzza bölgəsinə getdikdə İsrailin siyasətini dəstəkləmiş olursunuz?
Müsəlmanlar "Dünya Allahin mülküdür" şüarını unutmamalıdır. Sizin vasitənizlə dost Azərbaycan xalqına sevgilərimi yollayıram.
Seymur Süleymanov
AzVision.az üçün
Teqlər: