“Azərbaycanın ərazisi işğal olunub” - Ukrayna XİN
“Cari ilin 9 ayı ərzində Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 66 faiz artım qeydə alınıb. Bundan başqa Ukrayna tərəfdən Azərbaycan ərazisi ilə yükdaşımalarda 5 dəfə artım qeydə alınıb”.
Pavlo Klimkin Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını qeyd edib: “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır”.
Nazir həmçinin Ukrayna baş nazirinin birinci müavininin yaxın həftələrdə Azərbaycana səfər edəcəyini vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ukrayna Dağlıq-Qarabağ Azərbaycan