Füzulidə erməni minaları zərərsizləşdirilib-VİDEO

Füzulidə erməni minaları zərərsizləşdirilib-VİDEO
  15 Sentyabr 2013    Oxunub:1224
Cəbhə xəttində hərbi hissənin ərazisində aşkarlanan mina zərərsizləşdirilib
Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nəzarət etdiyi ərazidə partlamamış minalar tapılıb. Tank və piyada əleyhinə minaları hərbi hissənin mühəndis istehkamçı bölüyünün əsgər və zabitləri zərərsizləşdirib.

N saylı hərbi hissə komandanlığından verilən məlumata görə, ərazidə 1993-1994-cü illərdə ərazidə ağır mövqe döyüşləri gedib. Ərazi dəfələrlə düşmən əlinə keçsə də, sonda Milli Ordu qüvvələri tərəfindən azad edilib və hazırda bizim nəzarətimizdədir Partlamamış hərbi sursat da düşmən tərəfindən partladılıb. Komandanlıqdan bildiriblər ki, ərazidə dəfələrlə partlamamış mina, hərbi sursat tapılaraq zərərsizləşdirlib.




Teqlər:





Xəbər lenti