XİN: Ukrayna və Azərbaycan bir-birini dəstəkləyir
"Görüşdə Azərbaycan-Ukrayna diplomatik əlaqələrlərinin 25 illiyi müzakirə edilib. Bundan əlavə siyasi, iqtisadi, nəqliyyat sahələrini müzakirə etdik. Azərbaycan və Ukrayna beynəlxalq, həmçinin regional məsələlərdə bir-birini dəstəkləyir. Bu özünü xüsusilə ərazi bütövlüyü məsələsində daha qabarıq göstərir. Müzakirələr zamanı iqtisadi əlaqələrə xüsusi diqqət ayrılıb. Gələn il Azərbaycan-Ukrayna arasında müştərək komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik"- Məmmədyarov bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Məmmədyarov