Reket jurnalistikaya qarşı mübarizə gücləndirilir

Reket jurnalistikaya qarşı mübarizə gücləndirilir
  03 Oktyabr 2017    Oxunub:1980
“Yaxın vaxtlarda Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının iclası keçiriləcək”.

Bunu AzVision.az-a Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, əlaqədar qurumlar öz nümayəndələrini Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasına təhkim ediblər:
“Mətbuat Şurası Reketçiliyə qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirib. Məbuat Şurasının üzvləri, ayrı-ayrı KİV-in əməkdaşları həmin komissiyanın işində iştirak edirlər. Artıq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Bundan sonra bu kimi məsələləri daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mətbuat-Şurası   Əflatun-Aşamov  





Xəbər lenti