ADA-nın icra Şurası Fransanın Konyak şəhərinə səfər edib- Fotolar
ADA -nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan- Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qisa müddət keçməsinə baxmayaraq bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Konyak şəhərinin Azərbaycanla əməkdaşlıq və qardaşlıq əlaqələri yaratmış Fransanın ilk şəhərlərdən olduğunu xatırlatmış və ümumiyyətlə son 25 ildə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.
ADA-nın iki ölkə arasında müxtəlif sahələrin inkişafında xüsusi rol oynadığını vurğulayan Jan- Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində də intensiv səylər göstərdiyini qeyd edib. O, ADA-nın ölkəmizin zəngin tarixini və mədəniyyətini fransız xalqına yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində heyata keçirilən layihələri dəstəklədiyini və bu kimi layihələrin ikitərəfli əlaqələrin inkişafında rolunu vurğulanıb.
Daha sonra o, gündəlikdə müzakirə ediləcək mövzuları idarə heyətinə təqdim edib, 2018-ci ildə nəzərdə tutulmuş tədbirlər planını icra Şurasının üzvləri ilə müzakirə edib. İclas zamanı idarə heyətinin üzvləri ilk Demokratik Respublikanın yaradilması, Azərbaycanda qadınlara səsvermə hüququnun 100 illiyi, ölüm hökmünün ləgv edilməsinin 20 illiyi və bir sıra əlamətdar hadisələrdən söz açıb, 2018 -ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağı fikrini səsləndiriblər. J.F Mansel yalnız fransalı parlamentarların deyil, bir çox sənət adamlarının da ölkələrimiz arasında əlaqələrinin inkişafına, iki xalqın yaxınlaşmasına xüsusi töhfə verdiyini qeyd ediblər.
ADA -nın baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək qarşıdan gələn layihələr barədə icra Şurasının üzvlərinə ətraflı məlumat verib, assosiasiyanın üzvlərinin sayinın günü- gündən artdığını nəzərə çatdırıb. Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha da geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirmiş və səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Dostları Assosiasiyasının İcra Şurasının tərkibinə yeni üzvlər seçilmiş, habelə YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri, sulh artisti Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə sədr müavini vəzifəsinə seçilib. İlin sonunda bu tərkib və ADA- nın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək.
İclasdan sonra icra Şurasının üzvləri “Tovuz Nar Evi »nin açılışında iştirak ediblər. Konyak şəhərinin meri Mişel Qurinşas Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışaraq ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Rəsmi çixişlardan sonra «Tovuz Nar Evi »ndə satişa çixarilan məhsullarin degustasiyasi keçirilib. 1 oktyabr tarixində ADA-nın nümayəndə heyəti Konyak Oranjerisinde yerləşən ölməz şairəmiz, dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlini ziyarət edib. Daha sonra Konyak şəhərinin meri ADA-nın nümayəndə heyətini qəbul edib, rəsmi görüş ziyafətlə davam edib. Uzun və perspektivli müzakirələrlə zəngin bu səyahət Konyak şəhərinin tarixi və incəsənəti muzeyinin ziyarəti ilə basha çatıb.
AzVision.az
Teqlər: Azərbaycanın-Dostları-Assosiasiyası Fransa Azərbaycan