Bu günə gözlənilən hava proqnozu
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 03-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 13-16, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 05-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
AzVision.az
Teqlər: Hava