Məmmədyarov yunan səfirlə görüşdü

Məmmədyarov yunan səfirlə görüşdü
  03 Oktyabr 2017    Oxunub:1313
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolaos Kanellosu qəbul edib.

AzVision.az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

N. Kanellos diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Görüşdə Azərbaycan və Yunanıstan arasında enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti