Binəqədidə bitişik evlər yanıb

Binəqədidə bitişik evlər yanıb
  02 Oktyabr 2017    Oxunub:1525
Binəqədidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 560 kv.m olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 kv.m sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 kv.m sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanıb.

Tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti