XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə hörmət edir

XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə hörmət edir
  02 Oktyabr 2017    Oxunub:2517
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilən "müstəqillik referendumu"na münasibət bildirib.
AzVision.az-ın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir:

"Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq"

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   İspaniya   Kataloniya  





Xəbər lenti