Prezident daha iki rayona pul ayırdı

Prezident daha iki rayona  pul ayırdı
  15 Sentyabr 2013    Oxunub:1059
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lerik və Neftçala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, sərəncamda deyilir ki, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Eyni zamanda, Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Neftçala rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, Mədəniyyət və incəsənət sarayı, şahmat məktəbi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni istehsal müəssisələri yaradılmış, 24 kənddə sutəmizləyici qurğular quraşdırılmış, avtomobil yolları çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür, sərəncamda qeyd olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti