“İmamzadə” ziyarətgahında insident olub
Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstərib. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranıb.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polilər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilmiş, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər.
Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.