“Ölkədən qaçmış başdanxarablar” – Xədicə İsmayıl müxalif jurnalistləri təhqir etdi

“Ölkədən qaçmış başdanxarablar” – Xədicə İsmayıl müxalif jurnalistləri təhqir etdi
  30 Sentyabr 2017    Oxunub:49201
Son həftə ərzində jurnalist Xədicə İsmayıl bağlı olduğu şəbəkədən ard-arda iki mükafat alıb. Onlardan birincisi alternativ Nobel mükafatı sayılan “Right-Livelihood-Award” (Dürüst Həyat Mükafatı), ikincisi isə özünün təbirincə desək, korrupsiya ilə mübarizədə xüsusi əməyi olan adamlara verilən “Allard”dır.
Amma Xədicənin “ulduz xəstəliyinə” tutulub, alıdığı mükafatlarla özünü “raskrutka” etməsi hətta olduğu düşərgədə də birmənalı qarşılanmayıb. Digər müxalif düşüncəli jurnalistlər əmindirlər ki, o, bu mükafatları cəsarətinə və dürüstlüyünə görə yox, düşərgədəki başqa jurnalistlərin haqqını yeyərək alıb. Onlar hesab edirlər ki, Xədicə İsmayıl “mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərdir”. Və üzdə korrupsiyaya qarşı “mübarizə” aparan jurnalistin özü korrupsion əməllərlə məşğuldur.



Bunu Xədicənin həmkarı, digər müxalif jurnalist Hafiz Babalı ona həsr etdiyi statusda açıq şəkildə vurğulayır:

“…Nədən hamı sözü bir yerə qoyubmuş kimi, ödülləri ona təqdim edirlər? Cavab çox sadədir: həbsinədək hakimiyyətin korrupsiyasından əcnəbi həmkarları ilə müştərək bir neçə məqalə yazmış Xədicə xanımın özü indi “beynəlxalq mükafat korrupsiya sxeminin” ulduzuna çevrilib. Hazırda Xədicə İsmayılova bir mükafatın istisindən azad olmamış o birini yaşayır. Bəziləri deyir ki, onun uğuru Azərbaycanda jurnalistikanın inkişafına təkan verəcək, yeni-yeni peşəkar jurnalistlərin yetişməsinə yol açacaq. Mən isə başqa fikirdəyəm: nə qədər ki, Xədicə və xaricdə ona dəstək verən dostları var, bunu gözləməyə dəyməz. Çünki, özü demişkən, bütün həmkarları adından mükafatları o alacaq”.



H.Babalı bildirir ki, X.İsmayıl özünü Amerikada, Avropada elə təqdim edir ki, guya Azərbaycanda ondan başqa əli qələm tutan yoxdur.



Xədicənin həmkarına cavabı özünü çox gözlətməyib. O, Hafiz Babanlıya onun da mükafat alması üçün kömək edə biləcəyini deyib. Ancaq, “dürüst jurnalist” bu dəfə mükafat əvəzinə həmkarından tərs sillə yeyib: “Sadəcə, dostlarına arada de ki, Azərbaycanda başqa cəsarətli jurnalistlər də var. Bunu etmirsən. Mənim tanıdılmağım üçün isə heç nə etməməyini xahiş edirəm”.



Bu cavabdan bərk əsəbləşən X.İsmayıl H.Babalını qorxaq olmaqda və çətinə düşən kimi ölkədən qaçmaqda ittiham edib: “Mən iş yerimdə problemlər başlayan kimi, hədəfə düşən kimi ölkədən çıxıb getsəydim, yaxud imzamı yazılara qoymaqdan çəkinsəydim, yəqin heç yerdə tanınmazdım”.

H.Babalının X.İsmayıla cavabı isə daha sərt və tutarlı olub: “Mənim bu statusumda vermək istədiyim əsas mesajı da tutmamış deyilsən: sən bilərəkdən, ya bilməyərəkdən mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərsən. Xətrinə dəysə də, də dəyməsə də, reallıq budur.



Hüquq müdafiəçisi Fizulu Dehqaninin “Fritt Ord Fondunun Azərbaycan adına “Meydam TV” -yə mükafat verməsi düz mütənasibliyi pozur” deməsi isə tərəflərin sandığı açıb, pambığı tökməsi ilə nəticələnib: “Burda həyatı təhlükə altında fəaliyyət göstərən jurnalistlər daha layiq idi o mükafata. Nəinki Almaniyada rahat jurnalistika ilə məşğul olanlar”.



Qarşıdurmanın davamında X.İsmayıl növbəti dəfə həmkarını qorxaq adlandırıb. Onları “ölkədən qaçmış başdanxarablar" kimi qiymətləndirib. H.Babalı isə X.İsmayılı sadəcə mükafat üçün işləməkdə ittiham edib: “Xədicənin kölgəsi elə də böyük deyil ki, altında qalım. Sadəcə, demişəm və yenə də deyirəm, Xədicənin yaxşı çevrəsi var və bu, bütün çələnglərin onun başına qoyulması üçün yetərli olur. Biz isə ha özümüzü öldürsək də, xeyri yoxdur. Qəhrəman odur, qorxub qaçan biz”.



H.Bablı belə bir şərhlə qarışıdurmaya son qoyub: “…Xədicəyə paxıllıq və qibtə etmirəm. Sıradan jurnalistdir. Sadəcə, sizin kimi dəstəkçisi çoxdur”.

Əslində sonuncu fikir illər boyu dediklərimizi bir daha təsdiq edir. X.İsmayıl sıradan bir jurnalistdir. Sadəcə, onu antiAzərbaycan şəbəkəsi məqsədli şəkildə meydana atıb. Bütün məsələləri onun ayağına yazırlar. Görünür, Xədicə də bundan xoşhaldır.

Amma qarşıdurmanın burada bitəcəyini əsla düşünməyin. Xədicə İsmayılın ölkədən gedənləri “qaçmış başdanxarablar" kimi təqdim etməsi hələ bu mövzunu uzun müddət aktual saxlayacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti