Türkiyənin Azərbaycanla bağlı əsas hədəfi

Türkiyənin Azərbaycanla bağlı əsas hədəfi
  30 Sentyabr 2017    Oxunub:2312
Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanla və türkdilli ölkələrlə münasibətlərin gücləndirilməsinə hər zaman önəm verib. Səfir vurğulayıb ki, Türkiyə bundan sonra da bu istiqamətdə ciddi addımlar atacaq: “Bildiyiniz kimi, Türkiyə hökumətinin “Hədəf-2023” proqramı var. Bu proqram çərçivəsində əlaqələrimiz daha da möhkəmlənəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti