Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər

Qarabağa gedən Türkiyə vətəndaşları Azərbaycana təhvil verilə bilər
  30 Sentyabr 2017    Oxunub:15392
Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, səfir Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış etdiyni bildirib.

“Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar etmədən şəxsi təşəbbüsləri ilə həyata keçiriblər. Dövlətimiz bunu qətiyyətlə pisləyir və qınayır. Səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”.

Diplomat barələrində cinayət işi açılan şəxslərin Azərbaycana təhvil verilməsi barədə suala cavabında bildirib ki, bu, hüquqi prosesdir: “Öncə Azərbaycan tərəfinin tələbinin Türkiyənin müvafiq orqanlarına çatdırılması lazımdır. Bundan sonra məsələ dəyərləndiriləcək. Hüquqi müstəvidə lazım olan addımlar atılacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Səfir   Erkan-Özoral  





Xəbər lenti