Xəzərin hüquqi statusuna dair konvensiya imzalanacaq

Xəzərin hüquqi statusuna dair konvensiya imzalanacaq
  30 Sentyabr 2017    Oxunub:2041
2018-ci ildə Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması planlaşdırılır.

AzVision.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Həştərxanda keçirilən III Xəzər mediaforumunda bildirib.
"Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir. Bu mövzu Rusiya prezidentinin və xarici işlər nazirinin Xəzəryanı ölkələrdən olan həmkarları ilə görüşündə nəzərdən keçirilir. Biz konvensiyasının gələn il Qazaxıstanda imzalanacağına ümid edirik. Sənəd imzalanması zamanı Rusiya subyektlərinin maraqları nəzərə alınacaq", - deyə Bratçikov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Xəzər  





Xəbər lenti