O bildirib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır: "Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən, həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".
AzVision.az