Qarabağa gedən türklərlə bağlı səfirliyə təlimatlar verilib

Qarabağa gedən türklərlə bağlı səfirliyə təlimatlar verilib
  29 Sentyabr 2017    Oxunub:3570
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşları ilə bağlı ölkəmizin Türkiyədəki səfirliyinə müvafiq təlimatlar verilib və hazırda bu istiqamətdə iş aparılır.

Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, Qarabağa səfər edən Türkiyə vətəndaşları XİN-in arzuolunmaz şəxslər siyahısına daxil edilib: “Türkiyənin Azərbaycandakı səfirliyi ilə bu istimqamətdə təmaslar davam etdirilir”.

Rəsmi məlumata görə, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan sentyabrın 28-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə-orqanlarına müraciət edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Qarabağ   Türkiyə  





Xəbər lenti