İnklüziv təhsil ləğv edilir? - Rəsmi açıqlama

İnklüziv təhsil ləğv edilir? - Rəsmi açıqlama
  29 Sentyabr 2017    Oxunub:2677
Bakı şəhərinin 200 və 43 saylı Məktəb Lisey Kompleksində inklüziv təhsilin ləğv edilməsi ilə bağlı məlumat yayılıb.

İddia olunur ki, bu məktəblərdə inklüziv təhsil layihə əsasında həyata keçirilib. Məlumata görə, layihə artıq başa çatıb və uşaqlar üçün ayrılan assistentlərə Təhsil Nazirliyi tərəfindən maaş ayrılmır.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, MLK-da inklüziv təhsilin bağlanması barədə heç bir tapşırıq verilməyib.

“Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə 2005-2009-cu illər ərzində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş İnkişaf Proqramı çərçivəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbdə (246, 153, 222, 150 ,191, Məktəb-Lisey Kompleksi) hazırda sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır. Bu uşaqların təhsilə uğurlu inteqrasiyasını təmin etmək üçün məktəblərdə müəllim və müəllim köməkçiləri fəaliyyət göstərir. MLK-da inklüziv təhsilin bağlanması barədə heç bir tapşırıq verilməyib”.

Qurumdan, həmçinin bildirlib ki, hazırda inklüziv təhsilin prespektiv imkanlarının arıtırılması və təkmilləşdirilməsi ilə bağlı Bakı şəhərində inklüziv təhsilin vəziyyəti öyrənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti