ATV-də yeni vitse-prezident təyinatı - İki məşhur serial bağlandı

ATV-də yeni vitse-prezident təyinatı - İki məşhur serial bağlandı
  27 Sentyabr 2017    Oxunub:98671
ATV telekanalında kadr dəyişiklikləri davam edir.

AzVision.az-ın məlumatına görə, İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu müvəqqəti olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti vəzifəsinə təyin olunub.
İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb.

ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb.

Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlanacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: ATV  





Xəbər lenti