İki nəfər "Əməkdar artist" adı aldı

İki nəfər "Əməkdar artist" adı aldı
  26 Sentyabr 2017    Oxunub:1871
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilib:

Abdullayev Davud Bəxtiyar oğlu

Rəhimova Fəzilə Vaqif qızı.

Prezidentin digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti