Şagirdlər “TurAz Qartalı - 2017”ni izləyib - Fotolar

Şagirdlər “TurAz Qartalı - 2017”ni izləyib - Fotolar
  26 Sentyabr 2017    Oxunub:1413
“TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər.

Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.






AzVision.az




Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti