Xuliqanlıq edənlərlə bağlı cəza dəyişir

Xuliqanlıq edənlərlə bağlı cəza dəyişir
  26 Sentyabr 2017    Oxunub:3457
Cinayət Məcəlləsinin 221-ci maddəsində (Xuliqanlıq) dəyişikliklər edilir.
AzVision.az-məlumatına görə, dəyişikliyə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah isşləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin 221.3-cü maddə yeni redaksiyada təklif edilir. Belə ki, silahdan istifadə etməklə törədilən xuliqanlıq, zərər çəkmiş şəxsin sağlamlığına və ya əmlakına zərər vurulmasına səbəb olmadıqda- bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəlləyə yeni 221.4-cü maddə əlavə edilir. Yeni maddəyə əsaən, xuliqanlıq zamanı zərər çəkmiş şəxsə zor tətbiq olunması və ya əmlak zərərinin vurulması silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə- iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti