“Zəhranın qətli insanlıq əleyhinə cinayətdir” - Türkiyənin baş naziri
Görüşdə Faiq Bağırovun Türkiyədə yeddi ildən artıq müddəti əhatə edən fəaliyyətini uğurla həyata keçirməsindən məmnunluğunu ifadə edən B.Yıldırım iki qardaş ölkə arasındakı 25 illik diplomatik əlaqələrin bu gün ən yüksək səviyyəyə çatdığını söyləyib.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də TANAP və bu kimi digər beynəlxalq layihələr, həmçinin qeyri-neft sektoruna aid çoxistiqamətli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinin, həmçinin dövlət başçılarının ölkələrimizin rifahı naminə birgə səylərinin bugünkü əlaqələrimizin əsasını təşkil etdiyini diqqətə çatdıran Faiq Bağırov bunun gələcəkdə münasibətlərin inkişafına daha da böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyevə salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Baş nazir Binəli Yıldırım Faiq Bağırova bundan sonrakı fəaliyyətində uğurlar diləyib.
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan Zəhra Alxanlı